14:43 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
11001

Mitinqdə ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib

BAKI, 8 apr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının mitinqi barədə məlumat yayıb.

BŞBPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 8-də Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

İdarədən bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Əlaqədar

Milli Şuranın və radikalların mitinq mövsümü başa çatdı
BŞBPİ: Milli Şuranın mitinqində 800 nəfərədək insan iştirak edib
Milli Şura paytaxtda mitinq keçirdi
Teqlər:
BŞBPİ, Milli Şura, mitinq

Əsas mövzular