22:02 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
5310

İclasın gündəliyinə 40 məsələ daxil edilib

BAKI, 7 apr — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 40 məsələ daxil edilib. İlk olaraq insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına baxılacaq.

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında" Sazişin, "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin" Birgə Bəyanatın təsdiq edilməsinə baxılacaq.

1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə"nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin, "Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin" Birgə Bəyanatının, "Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsinə baxılacaq.

İclasda "Meliorasiya və irriqasiya haqqında", "Siyasi partiyalar haqqında", "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Veteranlar haqqında", "Milli arxiv fondu haqqında", "Təhsil haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Aviasiya haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"də, Cinayət, Vergi, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki, Seçki və Miqrasiya məcəllələrində dəyişikliklərə, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsinə baxılacaq.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Dövlət satınalmaları haqqında", "Banklar haqqında", "Dövlət borcu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarda dəyişikliklər müzakirə olunacaq.

Əlaqədar

Milli Məclisin sədri Rusiyaya gedib
Hökumət Milli Məclisdə hesabat verir
Milli Məclisin iclası təxirə salınıb
Milli Məclisin Xocalı soyqırımının 25 illiyi ilə bağlı iclası keçirilir
Milli Məclisin yaz sessiyasında bu qanun layihələrinə baxılacaq
Teqlər:
gündəlik, plenar iclas, Milli Məclis, qanun, əməkdaşlıq

Əsas mövzular