İlham Əliyevlə Nursultan Nazarbayev arasında görüş olub

© Official website of President of Azerbaijan RepublicQazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü keçirilib

BAKI, 3 apr — Sputnik. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü - Sputnik Azərbaycan
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Prezident Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü
İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü  - Sputnik Azərbaycan
İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub. Daha sonra isə Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü keçirilib.

Xəbər lenti
0