04:17 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
2941 0 0

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

BAKI, 1 apr-Sputnik. Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

Əlaqədar

Bir aylıq hava proqnozu açıqlandı
Hava şəraiti yenidən dəyişir
Sərt hava xəbərdarlığı gəldi: bu rayonlara qar yağacaq
Bayramdan sonra ilk iş günündə hava belə olacaq
Hava yenə dəyişəcək
Teqlər:
Bakıda və Abşeron yarımadası, qar yağacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Azərbaycan

Əsas mövzular