Azərbaycan və Almaniya hərbçiləri arasında görüş olub

© Foto: mod.gov.azHərbi Akademiyada ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib
Hərbi Akademiyada ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi Akademiyada ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib

BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

AFR Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib. Mühazirələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.

Xəbər lenti
0