11:14 30 May 2017
Canlı yayım
Gəncədə Novruz bayramı

Azərbaycanda Novruz bayramı qeyd edilir

© Sputnik / İlham Mustafa
AZƏRBAYCAN
Qısa URL
Azərbaycanda Novruz bayramı (11)
31832

Martın 20-si ölkəmizdə bayram günü hesab olunur

BAKI, 20 mart — Sputnik. Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir.

Sputnik Azərbaycan məlumat verir ki, bahar Azərbaycana martın 20-də saat 14:29-da daxil olacaq və həmin vaxt gecə-gündüz bərabərliyi qeydə alınacaq. 

Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və s.

Novruz bayramına dair inanclar: "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Bayram günü ailənin sayı qədər şam yandırarlar", "Novruzda küsülü qalmaq olmaz" və s.

Mövzu:
Azərbaycanda Novruz bayramı (11)

Əlaqədar

Novruz bayramı neçəyə başa gəlir?
Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Novruz sovqatlarının qiyməti 25% bahalaşıb

Əsas mövzular