CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev ümumxalq şənliyində iştirak edib

© Sputnik / Murad OrujovПраздничный концерт в преддверии Новруз Байрамы около Гоша Гала гапысы
Праздничный концерт в преддверии Новруз Байрамы около Гоша Гала гапысы - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

BAKI, 18 mart — Sputnik. Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı — Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. 

Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir - Sputnik Azərbaycan
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bahar qız dövlət başçısına səməni təqdim edib. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər. Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar. Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.

Xəbər lenti
0