02:31 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
3412

Artur Rasi-zadə: "Dünya iqtisadiyyatındakı mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib"

BAKI, 17 mart — Sputnik. Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib, lakin prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünyada cərəyan edən proseslərin iqtisadiyyatımıza mənfi təsirlərini azaltmağa imkan verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov plenar iclasda deyib.

O, bildirib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir: "Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsində 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib. Keçən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət hökm sürüb. Amma buna baxmayaraq Azərbaycan iqtisadiyyatında müsbət artımlar olub".

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rasi-zadə deyib ki, dünya iqtisadiyyatındakı mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib: "Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib".

Baş nazir qeyd edib ki, bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb.

Rasi-zadə bildirib ki, keçən il qeyri-neft sektorunda ÜDM artımı 5 faiz təşkil edib: "Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib".

Əlaqədar

Beynəlxalq Bank kredit faizlərini endirdi
Beynəlxalq Bankın özəlləşməsi nə verəcək?
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb
Beynəlxalq Bank işi ilə bağlı saxlanılan 6 nəfər həbsdən azad edilib
Teqlər:
Maliyyə Sabitliyi Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası, Oqtay Əsədov, İlham Əliyev, Azərbaycan

Əsas mövzular