İlham Əliyev Fransua Ollandla görüşüb

© AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollandla görüşüb

BAKI, 15 mart — Sputnik. Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Sputnik Azərbaycan-ın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulandı. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0