06:56 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Prezident İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarında olub

Hərbi qulluqçulara şad xəbər - Prezident sərəncam verdi

© Photo: Azərbaycan Prezidentinin rəsmi səhifəsi
AZƏRBAYCAN
Qısa URL
1256815

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb

BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".

Əlaqədar

Ermənistan silahlı qüvvələrinin hərbi-nəqliyyat vasitəsi məhv edildi
Düşmənin artilleriya atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
Hərbi dənizçilərlə görüş olub
Hərbi Prokuror: "İntihar hər yerdə artıb"
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar
Şəhid olmuş hərbi qulluqçumuz Xaçmazda torpağa tapşırıldı
Teqlər:
həqiqi hərbi xidmət, hərbi qulluqçu, sərəncam, Azərbaycan Respublikası, İlham Əliyev, prezident, silahlı qüvvələr

Əsas mövzular