14:43 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
82 0 0

Mehriban Əliyeva: "Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam"

BAKI, 7 mart — Sputnik. "Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Milli Məclisdə fəaliyyətini dayandırmalı olduğunu bildirib. On ildən artıq müddətdə parlament üzvü olduğunu xatırladan Mehriban Əliyeva deyib: "Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi".

Birinci vitse-prezident bildirib ki, müstəqillik illərində Azərbaycanın nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputatlarının böyük rolu olub: "Azərbaycanda həyata keçirilən islahatların hüquq bünövrəsini deputatların birgə səyləri nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir".

Deputatı olduğu Xəzər rayonunda 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verən M. Əliyeva deyib ki, bu müddət ərzində Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunub: "Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcəkdə də Xəzər rayonun inkişafı üçün çalışacağam".

Azərbaycanın Birinci vitse-prezidenti Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürdüyünü deyib: "Humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib".

"Mən Amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək" — Mehriban Əliyeva qeyd edib.

Birinci vitse-prezident bildirib ki, Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış edib: "Ətraflı müzakirələrdən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi".

M. Əliyeva diqqətə çatdırıb ki, özünün təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.

"Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam" — Mehriban Əliyeva vurğulayıb.

Əlaqədar

Mehriban Əliyeva Milli Məclisdə çıxış edir
Mehriban Əliyeva prezidentlik müzakirələrinə nöqtə qoydu
Mehriban Əliyeva: “Sizin dəstəyiniz mənim üçün çox vacibdir”
“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”
Türkiyə prezidenti Mehriban Əliyevanı təbrik edib
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları açıqlandı
ANS-dən Mehriban Əliyeva mükafat
Teqlər:
Birinci vitse-prezident, Milli Məclis, deputat, millət vəkili, parlament, Azərbaycan

Əsas mövzular