QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sonuncu şəhidimiz torpağa tapşırıldı

© Sputnik / Ilham MustafayevQazaxın Daş Salahlı kəndində şəhid Süleyman Süleymanovla vida mərasimi keçirilib
Qazaxın Daş Salahlı kəndində şəhid Süleyman Süleymanovla vida mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun, düşmənlə təmas xəttində gedən son döyüşlərdə şəhid olan hərbçisi Süleymanov Süleyman Elçin oğlu doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində son mənzilə yola salınıb.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Azərbaycan Ordusunun, düşmənlə təmas xəttində gedən son döyüşlərdə şəhid olan hərbçisi Süleymanov Süleyman Elçin oğlu doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində son mənzilə yola salınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə rayon sakini iştirak edib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib. Şəhid hərbiçimizin cənazəsi Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşi altında kənddəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü S. Süleymanov Ağcabədi-Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti
0