07:33 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
31

Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq.

BAKI, 3 mart — Sputnik. "Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam".

Sputnik Azərbaycan
APA-ya istinadla xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək: "Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq".

Baş nazirin müavini bildirib ki, qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək: "Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəniş edəcəklər".

Əlaqədar

Prezident qaçqın və məcburi köçkünlərlə bağlı humanist addım atıb
Məcburi köçkünlərə ödəniləcək müavinətin məbləği dəyişdi - Prezident fərmanı
Məcburi köçkünlərin problemləri ilə bağlı göstəriş verildi
Bu kateqoriyadan olan məcburi köçkünlər aylıq müavinət ala bilməyəcəklər
Məcburi köçkünlər üçün güzəştlər ləğv olundu
Bu xəbər məcburi köçkünləri məyus edəcək
Teqlər:
Novruz bayramı, Əli Həsənov, müavinət, köçkün

Əsas mövzular