Özü şəhidlik zirvəsində, üç övladı vətənə əmanət

© Facebook/Şekiname / Mediabanka keçidŞəhid Aqşin Abdullayev Şəkinin Kiş kəndində torpağa verildi
Şəhid Aqşin Abdullayev Şəkinin Kiş kəndində torpağa verildi - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhid hərbçimizin nəşi doğma kəndində "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları ilə qarşılanıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 fev — Sputnik. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də Aqşin Abdullayev idi. Onun nəşi bu gün səhər saatlarında doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin veridi məlumata görə, şəhid hərbçimizin nəşi doğma kəndində "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları ilə qarşılanıb.

Azərbaycan ordusu - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan Silahlı Qüvvələri şəhid verdi

35 yaşlı hərbi qulluqçumuz anadan olduğu Kiş kənd qəbiristanlığına yüzlərlə insanın müşayiətilə gətirilib. Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, hüquq-mühafizə orqanlarının, rayon rəhbərliyinin təmsilçiləri, Xocavənd rayon icra hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri iştirak edib.

Döyüş yoldaşları öz çıxışlarda şəhidin döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan bəhs edib. Onun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib. Qeyd olunub ki, Aqşinin qanı yerdə qalmayacaq.

Daha sonra şəhid zabit Azərbaycan Respublikasının himni və yaylım atəşi altında torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.

Aqşin Abdullayev 3 azyaşlı uşaq atası idi.

Şəki rayon icra hakimiyyətindən əməkdaşımıza bildirilib ki, şəhidin ailəsinə bütün lazımi maddi və mənəvi qayğı göstəriləcək.

Xəbər lenti
0