Şəhid Zülfü Qədimov dəfn edildi

© Sputnik / Ramil IbrahimovŞəhid Zülfü Qədimovun dəfn mərasimi
Şəhid  Zülfü Qədimovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfn mərasimindən sonra tabutun üzərinə salınmış üç rəngli bayraq şəhidin atası Rəhim Qədimova təqdim olunub

Ramil İbrahimov, Sputnik Azərbaycan

Ermənistan silahlı birləşmələrinin fevral ayında cəbhə xəttində törətdiyi təxribat nəticəsində şəhid olan əsgərlərdən biri də əslən Ağdamdan olan Zülfü Qədimovdur. 

© Sputnik / Ramil IbrahimovŞəhidlə vida mərasimi Beyləqanın Bolsulu kəndində keçirilib
Şəhidlə vida mərasimi Beyləqanın Bolsulu kəndində keçirilib - Sputnik Azərbaycan
Şəhidlə vida mərasimi Beyləqanın Bolsulu kəndində keçirilib

Şəhidlə vida mərasimi bu gün Qədimovalar ailəsinin məskunlaşdığı Beyləqanın Bolsulu kəndində baş tutub. Mərasimdə şəhidin yaxınlraı, rayon sakinləri, döyüş yoldaşları, Beyləqan və Ağdam rayonunun rəsmiləri iştirak edib. Baş çavuş Zülfü Qədimovun tabutu döyüş yoldaşlarının çiynində Beyləqan rayon şəhidlər məzarlığına gətirilib. Dəfn mərasimindən sonra tabutun üzərinə salınmış üç rəngli bayraq şəhidin atası Rəhim Qədimova təqdim olunub. 

© Sputnik / Ramil IbrahimovŞəhid Zülfü Qədimovla vida mərasimi
Şəhid Zülfü Qədimovla vida mərasimi - Sputnik Azərbaycan
Şəhid Zülfü Qədimovla vida mərasimi

“Zülfü uşaq yaşlarından vətənpərvərlik ruhunda böyüyüb. Arzusu hərbçi olmaq olub həmişə. Mən də, yerdə qalan üç oğlum da bu gün silaha sarılmağa hazırıq" — şəhidin atası Rəhim Qədimov bildirib. 

Şəhidə hörmət əlaməti olaraq dəfn mərasiminin sonunda havaya yaylım atəşi açılıb.

Xəbər lenti
0