23:49 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)
166820

Mehriban Əliyeva: "Rus dilini əsla itirmək olmaz"

BAKI, 27 fev — Sputnik. "Biz evdə Azərbaycan dilində, bəzən isə rus dilində danışırıq. Bizim evdə hər iki dildən istifadə edilir".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində, evdə hansı dildə danışdıqları barədə sualı cavablandırarkən belə deyib. "Bu, millətimizin, ölkəmizin sərvətlərindən biridir. Rus dilini əsla itirmək olmaz" — M. Əliyeva qeyd edib.

O, təəssüflə bildirib ki, postsovet respublikalarının çoxunda vəziyyət tamam başqadır: "Hətta həmin ölkələrin rəhbərlərinin bunun nə qədər pis tendensiya olmasını nəyə görə anlamaması təəccüb doğurur".

Süjetdə qeyd edilir ki, Mehriban Əliyevanın vətənində populyarlığı son dərəcə yüksək səviyyədədir. Üstəlik, onun tərəfdarları arasında milli və dini azlıqlar da var.

"Heydər Əliyev Fondu Azərbaycan xristianlarının dostudur, məbədləri bərpa etməyə, milli və mədəni mərkəzlər tikməyə kömək edir. Azərbaycanda rus dilinə də hörmət edirlər. Slavyan Universiteti ölkədə populyardır, Bakıdakı Rus Dram Teatrının tamaşaları daim anşlaqla keçir. Puşkinin və Tolstoyun dili ölkə rəhbərləri üçün az qala ana dili kimidir. Azərbaycanda şagirdlərin 60%-i rus dilini öyrənir. Rusdilli siniflər ağzınacan doludur. Hər sinifdə 40-45 şagird təhsil alır" — deyə sujetdə vurğulanır.

Mövzu:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)

Əlaqədar

Politoloq: “Birinci vitse-prezident təyinatı vaxtında verilmiş qərardır”
“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”
Birinci vitse-prezident hansı səlahiyyətlərə malikdir?
Vitse-prezident Təhlükəsizlik Şurasında təqdim olundu
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
Teqlər:
Birinci vitse-prezident, Heydər Əliyev Fondu, Mehriban Əliyeva, Azərbaycan, rus dili

Əsas mövzular