23:24 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
2811

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib

BAKI, 23 fev — Sputnik. Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nairliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib
© Foto: mod.gov.az
Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib

Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.

Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib
© Foto: mod.gov.az
Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.

 

Əlaqədar

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib
Zakir Həsənov erməni təxribatları ilə bağlı amerikalı generalı məlumatlandırdı
Zakir Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak edəcək
Zakir Həsənov təlim-atış mərkəzində olub
Zakir Həsənov mobil səhra hospitallarının vəziyyətini yoxlayıb
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Teqlər:
müdafiə naziri, cəbhə bölgəsi, düşmən

Əsas mövzular