15:22 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
1250232

Yaxın günlərdə Azərbaycanda dolların məzənnəsinin 1,60-1,65 AZN/USD səviyyəsinə kimi geriləməsi istisna edilmir

BAKI, 21 fev — Sputnik. Azərbaycanda yaxın vaxtlarda ABŞ dollarının məzənnəsi ucuzlaşmağa davam edəcək. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, buna səbəb kimi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr — Türkiyə, Rusiya və Çində dolların ucuzlaşması amili göstərilir.

Analitiklərin bildirdiyinə görə, bu ölkələrdə dolların məzənnəsinin aşağı düşməsi Azərbaycana idxal olunan malları dollar ekvivalentində bahalaşdırıb. Bu da öz növbəsində daxili bazardakı qiymətlərdə əksini tapır. Azərbaycanda dolların məzənnəsinin artması bu ölkələrdən gələn malların manat ekvivalentində qiymətlərini daha da artırır. Bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı bəzi mallar üzrə qıtlıq yaradır.

Qeyd olunan səbəbdən yaxın günlərdə Azərbaycanda dolların məzənnəsinin 1,60-1,65 AZN/USD səviyyəsinə kimi geriləməsi istisna edilmir.

Əlaqədar

Dolların yeni məzənnəsi məlum oldu
Banklar dolları niyə ucuzlaşdırır?
Dolların məzənnəsi sabit qalıb
Teqlər:
Dolların məzənnəsi, Çin, Rusiya, Türkiyə

Əsas mövzular