19:28 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
143 0 0

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub

BAKI, 17 fev — Sputnik. Cəbhə xəttində atəşkəs rejiminin pozulması davam edir. Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Əlaqədar

Atəşkəs pozulması halları artır
Atəşkəs rejimi 32 dəfə pozub
Ermənistan silahlı bölmələri atəşkəsi 20 dəfə pozub
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
Düşmən atəşkəs rejimini daha 39 dəfə pozub
Erməni silahlı bölmələri atəşkəsi 6 dəfə pozublar
Atəşkəs daha 21 dəfə pozulub
Teqlər:
Dağlıq Qarabağ, Atəşkəsin pozulması, düşmən, erməni

Əsas mövzular