CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrailin keçmiş dövlət və hökumət başçıları Azərbaycana gələcəklər

© AP Photo / Bernat ArmangueEhud Barak
Ehud Barak - Sputnik Azərbaycan
Abunə olmaq
Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair çıxış edəcək

BAKI, 16 fev — Sputnik. İsrailin sabiq baş naziri Ehud Barak və İsrail Parlamentinin keçmiş sədri, həmçinin eks-dövlət başçısı Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcəklər. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ehud Barak “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub. Panel müzakirələrdə Ehud Barakla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, “CNN” telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir martın 16-17-də olacaq. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Müzakirələrdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər iştirak edəcək. 

Forumun işində 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.

Xəbər lenti
0