Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

© Foto: mod.gov.azXarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar - Sputnik Azərbaycan
Abunə olmaq
On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olublar

BAKI, 15 fev — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

© Foto: mod.gov.azXarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar - Sputnik Azərbaycan
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti
0