"Gənc diplomatlar" Yunanıstanın Bakıdakı səfiri ilə görüşüblər

© Sputnik / Murad OrujovYunanıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib
Yunanıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Dimitrios Tsounqas: "Biz Azərbaycan-Yunanıstan münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsi üçün çalışırıq"

BAKI, 10 fev – Sputnik. Azərbaycan Gənc Diplomatlar Birliyinin (AGDP) “Auditoriyada səfirdir” layihəsi çərçivəsində Yunanıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə AGDP–nin baş katibi Eltun İbrahimov çıxış edərək, səfirin iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Öz növbəsində səfir Dimitrios Tsounqas keçdiyi diplomatik fəaliyyətdən söz açaraq gənc diplomatlara öz məsləhətlərini verib. 

“2013-cü ilin iyun ayında Azərbaycan və Yunanıstanın daxil olduğu TANAP layihəsi qəbul edildi. Bu bizim uğurumuzdur. Biz Azərbaycan-Yunanıstan münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsi üçün çalışırıq. Ölkələrin səlahiyyətli nümayəndələri qarşılıqlı şəkildə görüşlər keçirir, müzakirələr edir, münasibətlərin inkişafı üçün çalışırlar” – səfir bildirib. 

Daha sonra görüş diplomatların, jurnalistlərin sualları və müzakirələrlə davam edib.

Xəbər lenti
0