09:18 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
AZƏRBAYCAN
Qısa URL
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)
246912

Vəkil: "O, işğal olunmuş Dağlıq Qarabağ ərazisində bir neçə dəfə olduğunu təsdiq edib"

BAKI, 9 fev — Sputnik. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloqçu Aleksandr Lapşin öz günahını qismən boynuna alıb. Bunu Sputnik Azərbaycan-a Lapşinin dövlət tərəfindən təyin olunmuş vəkili Səfər Hüseynov deyib.

Hüseynovun sözlərinə görə, o, bu gün müvəkkili ilə görüşüb. Görüş saat 10-dan günorta saat 14:00-a qədər olub: "Aleksandr Lapşin saxlanma şəraitindən şikayətçi deyil. Onun səhhətində də hər hansı problem yoxdur".

Vəkil əlavə edib ki, onun müvəkkili öz günahını qismən etiraf edib. Lapşin işğal olunmuş Dağlıq Qarabağ ərazisində bir neçə dəfə olduğunu təsdiq edib. Amma deyib ki, hərəkətində hər hansı qanun pozuntusu olduğunu bilməyib. Lapşin həmçinin əməllərinə görə təəssüf etdiyini bildirib.

Xatırladaq ki, dünən gecə Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin qolları qandallı vəziyyətdə Azərbaycana gətirilib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, Qarabağ separatçılarına simpatiya bəsləyən, bir neçə dövlətin vətəndaşlığını daşıyan Lapşin, rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb.

Ötən ilin iyun ayında isə Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. O, gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub.

Azərbaycan, "Dövlət sərhədi haqqında" qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə — 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb. AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür. Məhkəmə Lapşin haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Mövzu:
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)

Əlaqədar

Rusiya səfirliyi Lapşinlə görüş üçün XİN-ə müraciət edib
Azərbaycan XİN: Aleksandr Lapşinin məsələsi siyasi deyil
Lapşin Kürdəxanı təcridxanasına köçürüldü
Bloqçu Aleksandr Lapşin Bakıya gətirildi
XİN: "Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır"
Teqlər:
etiraf, Səfər Hüseynov, Aleksandr Lapşin, günah, vəkil, qanun

Əsas mövzular