08:49 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)
431 0 0

Bahar Muradova: "Lapşinin Belarusda həbs olunaraq Azərbaycana gətirilməsi, Ermənistan hökuməti tərəfindən şirnikləndirilərək Qarabağa rəsmi Bakının icazəsi olmadan getmək istəyən hər kəsin düşünməsinə səbəb olacaq"

BAKI, 8 fev – Sputnik. “Aleksandr Lapşini törətdiyi əmələ uyğun aqibət gözləyir. O, bunu əvvəlcədən düşünməli idi”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. 

Bahar Muradova qeyd edib ki, nəinki təkcə Lapşin, başqa ölkələrin, o cümlədən Azərbaycanın sərhəd qanunlarını, beynəlxalq hüququ nəzərə almadan, bu və ya digər maraqlar naminə öz ictimai-siyasi mövqeyindən sui-istifadə edən şəxslərin hər birini bu cür aqibət gözləməlidir. 

“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası normaldır, burda qeyri-adi bir şey yoxdur. Bu sırf beynəlxalq hüquqla tənzimlənən proseduralar əsasında həyata keçirilib. Və beynəlxalq hüququn müəllifi təkcə Azərbaycan deyil. Bütün dünya dövlətləridir. Uzun illər bu hüquq işlənib, normalar müəyyənləşib. Ölkələr onu qəbul edib, öhdəlik götürüb. Dünya birliyinə daxil olan ölkələr arasındakı münasibətlər də məhz bu hüquqla tənzimlənir. Hesab edirəm ki, Lapşinin Belarusda həbs olunaraq Azərbaycana gətirilməsi, Ermənistan hökuməti tərəfindən şirnikləndirilərək Qarabağa rəsmi Bakının icazəsi olmadan getmək istəyən hər kəsin düşünməsinə səbəb olacaq. Və həmin insanlar belə bir hərəkətin onlara nəyin bahasına başa gələcəyini nəzərə alacaqlar” – Bahar Muradova bildirib. 

Xatırladaq ki, dünən gecə Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin qolları qandallı vəziyyətdə Azərbaycana gətirilib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, Qarabağ separatçılarına simpatiya bəsləyən, bir neçə dövlətin vətəndaşlığını daşıyan Lapşin, rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb. 

Ötən ilin iyun ayında isə Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. O, gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub.

Azərbaycan, "Dövlət sərhədi haqqında" qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə — 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb. AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür.

Mövzu:
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)
Teqlər:
Aleksandr Lapşin, Bahar Muradova, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan

Əsas mövzular