CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirin müavini: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur"

© Sputnik / Murad OrujovƏli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini
Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov: "Hökumətin bu gün həyata keçirdiyi bütün işlərin məqsədi ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın"

BAKI, 8 fev — Sputnik. "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik". Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. 

Ə. Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin məqsədi ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Xəbər lenti
0