Belarus məhkəməsindən Azərbaycanla bağlı mühüm qərar

© Sputnik / Viktor TolochkoAleksandr Lapşin
Aleksandr Lapşin - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus Ali Məhkəməsi blogger Aleksandr Lapşinin şikayətinə qapalı rejimdə baxıb

BAKI, 7 fev — Sputnik. Belarus Ali Məhkəməsi blogger Aleksandr Lapşinin Bakıya təhvil verilməməsi ilə bağlı şikayətinə baxıb və həmin iddianı rədd edib. Bu barədə Sputnik Belarus-a məhkəmənin hakimi məlumat verib.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
XİN: "Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır"

Belarus Baş Prokurorluğu bu ilin yanvarında Lapşini Azərbaycana vermək barədə qərar qəbul edib. Minsk şəhər məhkəməsi Baş prokurorluğun Lapşinin verilməsi barədə qərarını qüvvədə saxlayıb. 

Bloggerin vəkilləri bu qərardan axırıncı instansiya məhkəməsinə — Respublika Ali Məhkəməsinə şikayət veriblər. Qeyd edək ki, Belarus Ali Məhkəməsi, Lapşinlə bağlı Baş Prokurorluğun qərarını qüvvədən salmaq üçün şikayət verilə biləcək sonuncu instansiyadır.

Lapşin özü məhkəmə zalında olmayıb, onu həyat yoldaşı Katerina təmsil edib. "Belarus mərhələsi başa çatandan sonra biz Azərbaycanda mübarizəni davam etdirəcəyik" — qadın jurnalistlərə bildirib.

Qeyd edək ki, Qarabağ separatçılarına simpatiya bəsləyən Lapşin rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb. 

Ötən ilin iyun ayında isə Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. Lapşinin gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub.

Azərbaycan XİN - Sputnik Azərbaycan
Azərbaycan bolqar səyyahı "qara siyahı"dan çıxardı

Azərbaycan, "Dövlət sərhədi haqqında" qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə — 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür.

Qeyd edək ki, Lapşin Belarusda MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında saxlanılıb. O, Azərbaycana təhvil veriləcək.

Xəbər lenti
0