03:57 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Böyük qayıdışın başlanğıcı (7)
16622

Hikmət Hacıyev: "Hazırda ərazinin minadan tamamilə təmizlənmə işləri aparılır. Amma yaşayış üçün lazım olan ərazidə artıq mina yoxdur".

BAKI, 7 fev — Sputnik. Cocuq Mərcanlı ərazisi bütün torpaq sahəsi ilə bir yerdə tamamilə Azərbaycan ordusunun nəzarətindədir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Cocuq Mərcanlıda
© Sputnik / Murad Orujov
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Cocuq Mərcanlıda

"İndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq. Hazırda ərazinin minadan tamamilə təmizlənmə işləri aparılır. Amma yaşayış üçün lazım olan ərazidə artıq mina yoxdur" — Hacıyev bəyan edib. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi Feyruz Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ANAMA-nın əməkdaşları müntəzəm olaraq ərazidədirlər. Yaşayış yerlərini tamamilə minalardan təmizləyiblər. Hazırda bəzi ətraf əkin sahələri qalıb. Əlavə torpaq sahələri də hazırda minalardan təmizlənir. 

ANAMA-nın əməkdaşı
© Sputnik / Murad Orujov
ANAMA-nın əməkdaşı

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş bəzi xarici Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.

Sputnik Azərbaycan-ın əməkdaşlarının da qatıldığı səfər, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Mövzu:
Böyük qayıdışın başlanğıcı (7)
Teqlər:
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, Xarici İşlər Nazirliyi, Feyruz Mahmudov, Prezident İlham Əliyev, Hikmət Hacıyev, Cəbrayıl rayonu, Cocuq Mərcanlı

Əsas mövzular