CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi yaradılır

© REUTERS / Faisal MahmoodPakistan Havayollarına aid təyyarə
Pakistan Havayollarına aid təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs yaradılacaq

BAKI, 2 fev — Sputnik. Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs yaradılacaq. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. 

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılmasını bir ay müddətində təmin etsin, nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin. Yaradılacaq publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdiriləcək.

Xəbər lenti
0