İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayımını bu şirkət həyata keçirəcək

© Photo : Bakı Media Mərkəzinin mətbuat xidmətiBakı Media Mərkəzi
Bakı Media Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə müqavilə bağlanıb

BAKI, 1 fev — Sputnik. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb. Sputnik Azərbaycan bu barədə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər. 

Mübariz Qurbanlı - Sputnik Azərbaycan
"İslam Həmrəyliyi İli" ilə bağlı tədbirlər planı hazırlanır

İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaq. 

Müqaviləyə əsasən Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Poqrama əsasən oyunların yayımından öncə İslam dünyasının, eyni zamanda Azərbaycanın, Bakı şəhərinin gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 (beş) dəqiqə olmaqla 3 (üç) video çarx təqdim olunacaq. 

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Politoloq: “İslam Həmrəyliyi İli” digər dövlətlərə də örnəkdir”

İdman yarışlarına gəldikdə isə, müqaviləyə əsasən futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi həmçinin Açılış və Bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı Media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik “Xəbər” proqramını təqdim edəcək. 

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq. 

Bakı Media Mərkəzinə gəldikdə isə, bu qurum Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audio-vizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət — Video və Yayım prodakşn əməliyyatı üzrə mütəxəssisləşir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycanda İslam Həmrəyliyi İli elan olundu

Bakı Media Mərkəzi haqda məlumata gəldikdə, qeyd etmək lazımdır ki, bu qurum ölkəmizdə baş tutan bir sıra beynəlxalq səviyyəli yarışların yayımını həyata keçirib. Onların sırasına Bakı 2015 Avropa oyunları, velosiped idmanı üzrə Tour of Azerbaijan və Bədii Gimnastika üzrə 30-cu Avropa Çempionatı və digər mötəbər idman tədbirləri daxildir. 

Bakı Media Mərkəzi Beynəlxalq İdman Yayımı ilə partnyorluq əsasında Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV xidmətlərini təmin edəcək. 

Xəbər lenti
0