02:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
677702

Yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super" markalı benzinin yeni qiymətləri tablolara vurulub

BAKI, 1 fev — Sputnik. Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super" markalı benzinin yeni qiymətləri tablolara vurulub.

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98" markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Yanacaqdoldurma məntəqəsində qiymət cədvəli
© Photo : APA
Yanacaqdoldurma məntəqəsində qiymət cədvəli

Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92" markalı benzin və "L-62" markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium" markalı benzin 1,05 AZN, "Aİ-98 Super" markalı benzin isə 1,10 AZN idi.

 

Əlaqədar

Azərbaycanda "Aİ-95" benzininin qiymətinin artması gözlənilir
Sabahdan Türkiyədə benzin və dizelin qiyməti qalxacaq
Bakıda "Premium" markalı benzin yoxdur?
Benzinin bahalaşacağı iddiaları ilə bağlı təşviş yaranıb
Ən ucuz benzin hansı Avropa ölkəsindədir?
Benzində sürücülərə ən çox "atan" yanacaqdoldurma məntəqəsi məlum oldu
Teqlər:
Tarif Şurası, benzin, qiymət

Əsas mövzular