19:42 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
442 0 0

Dolların məzənnəsinin artması ilə bağlı "Aİ-95" premium markalı benzinin qiymətinin artması gözlənilir

BAKI, 31 yan — Sputnik. Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.

Bu barədə Report-a SOCAR-dakı mənbələrdən məlumat verilib. "Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək" — mənbə bildirib.

Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan “Premium Euro-95" və “Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir. 

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də "Aİ-92" markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.

Bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.

Əsas mövzular