13:10 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Elmar Məmmədyarov

Məmmədyarov BMT-nin nümayəndəsi ilə işğaldan azad olunmuş kənddən danışıb

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
13 0 0

Məmmədyarov Koçeteliyə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında məlumat verib

BAKI, 31 yan — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional Direktoru Vinsent Koçeteli qəbul edib. Bu barədə Sputnik Azərbaycan XİN mətbuat xidmətinə istinadən məlumat verir.

Görüş zamanı Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 

Məmmədyarov həmsöhbətə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Vinsent Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əsas mövzular