11:14 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
35401

Satış obyektlərində tütün məmulatlarının görünməsi onların reklamı hesab oluna bilər

BAKI, 30 yan — Sputnik. "Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir". Sputnik-Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, satış obyektlərində tütün məmulatlarının görünməsinin özü elə onların reklamı hesab oluna bilər: "Bu, siqaret çəkməyən insanlarda belə onlara qarşı maraq yarada bilər. Siqaret vitrini tütünçəkməni təbliğ edir. Buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə üzrə qanunvericiliyə siqaretlərin vitrinlərdə görünməsinin qadağan edilməsi məsələsi daxil edilməlidir".

O qeyd edib ki, Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub. Lakin bu cərimələrin tətbiqi mexanizmi olmalıdır: "Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb".

"Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5% düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 %-i növbəti il siqaret çəkməyə başlaya bilər" — T. Musayev bildirim.

Əlaqədar

Siqaretdən istifadə məhdudlaşdırılır
Ölkədə siqaretlər yenidən bahalaşdı
Siqaret ilə bağlı cəzalar artırıldı
Azərbaycanın ən çox siqaret çəkilən rayonları bunlardır
Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi
Eyyub Hüseynov: Təklif edirəm siqaretin qiyməti 50% qalxsın
Teqlər:
Səhiyyə Nazirliyi, siqaret, qadağa

Əsas mövzular