22:03 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Xarici işlər naziri Elmar Məmmədyarov

Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı verib

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
İstanbulda gecə klubunda terror aktı (14)
31 0 0

Azərbaycan Xarici İşlər Nazirliyi İstanbulda baş vermiş terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.

BAKI, 1 yan — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda baş vermiş terror aktı ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlı verib. Başsağlığı məktubunda deyilir:

"Biz, İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər.

Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu ünvanlayıb.

Hal — hazırkı məlumata görə yaralananlar sırasında iki nəfər Azərbaycan Respublikası vətəndaşı da müəyyən edilib.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır.

Əlavə məlumat olduğu təqdirdə, ictimaiyyətə bildiriləcəkdir".

Mövzu:
İstanbulda gecə klubunda terror aktı (14)

Əsas mövzular