05:07 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Xəzərdə növbəti faciə (8)
34301

Bu saata kimi 1 nəfərin cəsədi tapılıb. İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir.

BAKI, 15 dek — Sputnik. Bu gün gecə saatlarında Xəzərdə baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. Sputnik bu barədə dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb.

Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb. İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir.

Mövzu:
Xəzərdə növbəti faciə (8)

Əlaqədar

İtkin düşən neftçilərlə bağlı dəhşətli fakt
Xəzərdə baş vermis qəza bölgəsinə 6 gəmi göndərilib
İtkin neftçilərlə bağlı qərargah yaradıldı
Dənizdə itkin düşənlərin axtarışı üçün iki gəmi göndərildi
Xəzərdə növbəti faciə: 10 nəfərin taleyindən xəbər yoxdur
Teqlər:
neftçi, itkin, dəniz, İlham Əliyev, prezident, qəza, Xəzər

Əsas mövzular