03:01 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
371 0 0

Azərbaycan prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu mətbuata birgə bəyanatla çıxış edib

BAKI, 13 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında" sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

"Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin arasında imzalanıb.

"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında" Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

Qeyd edək ki, görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu mətbuata birgə bəyanatla çıxış ediblər.

Əlaqədar

Netanyahunun Bakı səfərindən gözləntilər
Növbə müsəlman dünyasının iki vacib ölkəsinə çatdı
İlham Əliyevlə Benyamin Netanyahu arasında təkbətək görüş olub
Teqlər:
imza, Benyamin Netanyahu, İsrail, İlham Əliyev, Azərbaycan, baş nazir, sənəd, görüş

Əsas mövzular