15:05 23 Sentyabr 2017
Canlı yayım
İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub

Netanyahu Bakını bəyənib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
18410

İsrailin baş naziri Azərbaycan prezidenti və digər rəsmilərlə iki saat ərzində qapalı görüş keçirib

BAKI, 13 dek — Sputnik. Azərbaycanda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu prezident İlham Əliyevlə görüşündə, onun 20 il əvvəlki səfəri ilə müqayisədə Bakının xeyli dəyişdiyini və bu şəhəri bəyəndiyini bildirib. Sputnik "The Jerusalem Post"a istinadla xəbər verir ki, Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə iki saat ərzində qapalı görüş keçirib.

1997-cı ildən sonra Azərbaycana ilk dəfə gələn Netanyahu, paytaxtımızın xeyli dəyişdiyini, gözəlləşdiyini və bu şəhəri bəyəndiyini bildirib. O, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalını da bəyəndiyini prezidentin diqqətinə çatdırıb.

"Mən bura ikinci dəfədir gəlirəm. Azərbaycan və İsrail, Azərbaycan və yəhudi xalqları arasında çox yaxşı münasibətlər var. Yəhudi xalqı özünü Azərbaycanda rahat hiss edir. Hazırda İsraildə 17 min Azərbaycandan gəlmiş yəhudi yaşayır. Onlar iki ölkə arasında körpü rolunu oynayırlar. Bu baxımdan bizim enerji sektoru ilə yanaşı müzakirə etməli olduğumuz xeyli məsələ var", — deyə Netanyahu bildirib.

İlham Əliyev isə öz növbəsində deyib ki, yəhudi icması Azərbaycan cəmiyyətinin fəal hissəsidir və ölkəmizə öz töhfəsini verir: "Yəhudi icması Azərbaycan cəmiyyətinin ən fəal hissəsidir və ölkəmizin inkişafına öz töhfələrini verir. Siz bu gün onlarla görüşəcəksiniz. Bu, ikitərəfli əlaqələrimizdə çox vacib amildir".

Əlaqədar

İlham Əliyevlə Benyamin Netanyahu arasında təkbətək görüş olub
Benyamin Netanyahu İlham Əliyevlə Zaqulbada görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək
Obama Netanyahu ilə nədən danışdı
Netanyahu: İran razılaşmadan gələn milyardları terrora yönəldəcək
Teqlər:
Benyamin Netanyahu, İsrail, Bakı, İlham Əliyev, səfər, Azərbaycan, baş nazir, prezident

Əsas mövzular