Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli Liderin xatirəsini yad edib

Abunə olmaq
Hərbi qulluqçular Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar

BAKI, 12 dek — Sputnik. Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib. Sputnik xəbər verir ki, hərbi qulluqçular Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. 

Xatırladaq ki, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dövlət qurumlarının, siyasi partiya və ictimai birliklərin, təhsil və səhiyyə orqanlarının nümayəndələri, həmçinin Heydər Əliyevin xatirəsini əziz tutan insanlar onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər. Eyni zamanda ölkənin müxtəlif yerlərində və xarici ölkələrdə onun anım günü münasibətilə müxtəlif mərasimlər təşkil edilir.

Xəbər lenti
0