09:41 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
176 0 0

Hərbi qulluqçular Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar

BAKI, 12 dek — Sputnik. Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib. Sputnik xəbər verir ki, hərbi qulluqçular Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Xatırladaq ki, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dövlət qurumlarının, siyasi partiya və ictimai birliklərin, təhsil və səhiyyə orqanlarının nümayəndələri, həmçinin Heydər Əliyevin xatirəsini əziz tutan insanlar onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər. Eyni zamanda ölkənin müxtəlif yerlərində və xarici ölkələrdə onun anım günü münasibətilə müxtəlif mərasimlər təşkil edilir.

Əlaqədar

Bu gün ümummilli liderin anım günüdür
Rusiyada Heydər Əliyevlə bağlı lahiyəyə start verildi
Heydər Əliyev Fondu aktyorun əməliyyat xərclərini öz üzərinə götürdü
Heydər Əliyev 47 il əvvəl
Prezidentin səlahiyyətləri Heydər Əliyevə keçdi
Teqlər:
ümummilli lider, anım, ziyarət, xatirə, Heydər Əliyev, Müdafiə Nazirliyi

Əsas mövzular