CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermadan nifrət və ayrı-seçkilik yayan dini ədəbiyyat tapılıb

© Sputnik / Rahim MuradovDini kitablar
Dini kitablar - Sputnik Azərbaycan
Abunə olmaq
Dini nifrət və ayrı-seçkilik ehtiva edən kitablar müsadirə edilib

BAKI, 10 dek-Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, habelə dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatların mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

Bu barədə Sputnik-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ünvana baxış zamanı "Qobu yolu" adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Xəbər lenti
0