23:22 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
AZƏRBAYCAN
Qısa URL
62 0 0

Fazil Mustafa: Biz təhsil səviyyəsi aşağı olan tələbələrimizin xarici ölkələrə gedib oradakı ali məktəblərdə pullu təhsil almasına imkan verməməliyik.

BAKI, 6 dek-Sputnik. "Büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb. Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alır. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır."

Sputnik xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin plenar iclasında büdcə müzakirələri zamanı deyib.
F. Mustafa bildirib ki, bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil Bu baxımdan həmin sahədə çalışanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir.

Millət vəkilinin fikrincə, valyutanın ölkədən çıxmaması üçün tələbələrimizin öz ali məktəblərimizdə təhsil alması önəmlidir.

"Biz təhsil səviyyəsi aşağı olan tələbələrimizin xarici ölkələrə gedib oradakı ali məktəblərdə pullu təhsil almasına imkan verməməliyik. Universitetlərin qapısı açılmalı və bizdə də pullu ali məktəblər olmalıdır. Kim istəyir pulunu verib, oxusun. Valyutanın ölkədən çıxmasına yol vermək olmaz." — deyə Fazil Mustafa əlavə edib.

Əlaqədar

Millət vəkili: Müstəqillik dövründə 3 min nəfər xaricdə dini təhsil alıb
Xaricdə təhsil alanlara əsgərlikdən möhləti prezident verəcək
Xaricdə təhsil kimlər üçün ləğv olundu?
Xaricdə təhsil alacaq tələbələrin statistikası açıqlanıb
Xaricdə təhsil alanlara dini mərasimləri aparmaq qadağan ediləcək
Teqlər:
valyuta, parlament, Fazil Mustafa, deputat

Əsas mövzular