CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfir Dubaydakı azərbaycanlılarla bağlı üzücü faktları ortaya çıxardı

© AP Photo / Jon GambrellDubay şəhəri, arxiv şəkli
Dubay şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daşqın Şikarov: "Diasporla İş üzrə Dövlət Komitəsindən bizə bildirdilər ki, o şəxslə komitə heç bir zaman əlaqədə olmayıb"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 dek — Sputnik. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov, Sputnik-ə müsahibəsində, bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti barədə suallara cavab verib.

© Sputnik / Tarana KhudabakhshiyevaSəfir Daşqın Şikarov
Səfir Daşqın Şikarov - Sputnik Azərbaycan
Səfir Daşqın Şikarov

 Daşqın müəllim, səfir olduğunuz ölkədə Azərbaycan diasporunun fəallığı necədir?

— Burada 5-6 min azərbaycanlı yaşasa da, diasporumuzun fəaliyyəti çox zəifdir. Mənim əsas məqsədim və əsas vəzifələrimdən biri — çalışdığım ölkədə azərbaycanlıları bir yerə yığmaq, Azərbaycan reallıqlarının tanıdılmasına dəstək olmaqdır. BƏƏ-yə səfir təyin edildikdən sonra mənə bildirdilər ki, Dubayda Samir adlı bir həmvətənimiz diaspor fəaliyyəti ilə məşğul olur. Mən və səfirliyin əməkdaşları dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Sonra mənə bildirdilər ki, həmin şəxs 3 ildir, fəaliyyətini dondurub. Biz 20 Yanvar faciəsi, Xocalı soyqırmı ilə bağlı tədbirlər keçirdik, dəvət etdik, gəlmədi. Daha sonra Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq, onlar səfirliyin nümayəndələrinə bildirdilər ki, o şəxslə komitə heç bir zaman əlaqədə olmayıb. Mən təklif etdim ki, BƏƏ-də bu işlə məşğul olan biri seçilsin, axı bunu mənim seçməyim, mənim təklif etməyim düzgün deyil. Amma hələ ki, heç bir cavab almamışam. Əgər bir ölkədə 500 azərbaycanlı varsa, mütləq gərək onların bir rəhbəri olsun.

 Bəs, Birləşmiş Ərəb Əmirliklərində erməni diasporunun fəaliyyəti necədir?

МИД Азербайджана. Фото из архива Report.az - Sputnik Azərbaycan
Dubayda yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

— BƏƏ-də digər millətlərin — ermənilərin, ruslar diaspor təşkilatları daha çox inkişaf edib. Mən burada təşkil edilən tədbirlərə dəvət alıram. Etiraf etməliyəm ki, BƏƏ-də ruslardan sonra ən güclü diaspor ermənilərə məxsusdur. Düzdür, onların tədbirlərində iştirak etmirik, heç dəvət də etmirlər. Amma digər tədbirlərdə buna şahid oluruq. Bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan buraya səfər etmişdi. Onu erməni diasporu çox təntənəli şəkildə qarşıladı. Burada iki erməni məktəbi, iki kilsə, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bunların hamısı diasporun pulu ilə fəaliyyət göstərir. Hətta, Ermənistanın BƏƏ-dəki səfirliyi belə, erməni diasporunun yardımı ilə tikilib. Özünüz də yaxşı bilirsiniz ki, Ermənistanın büdcəsi çox azdır. Amma buna baxmayaraq, BƏƏ-də Ermənistan səfirliyinin çox möhtəşəm binası var. Ermənilər çox aktivdirlər, diasporları çox fəaldır.

— BƏƏ ilə Azərbaycanın əlaqələrinin hazırkı vəziyyəti necədir?

— BƏƏ ilə Azərbaycanın iqtisadi əlaqələri inkişaf edir. Və bunu da xüsusən qeyd edim ki, son 10 ayda 70 minə yaxın BƏƏ vətəndaşı Azərbaycana səfər edib. Bu rəqəm 2015-ci ildə 3000 olub, amma bu il 65-70 min civarında olub. Bu, böyük bir sıçrayışdır. Buradan Azərbayacana xeyli sayda insan səyahət edir. Buna görə də daha aktiv diasporumuz olmalıdır. Əgər fəal diasporumuz olsaydı, bu rəqəm 70 min deyil, 270 min ola bilərdi. Elə işlər var ki, onu diaspor görməlidir, səfirliyin hər işi görməsi bir qədər normal görünməyə bilər. Düzdür, mən burada bütün aparıcı qəzetlərə, bütün jurnallara, aparıcı qurumların hamısına Azərbaycanla bağlı, turizmlə bağlı müsahibələr vermişəm. Azərbaycanda 10 mindən çox broşürlər hazırlatdırıb, burada paylamışıq. "Falcon" Turizm Şirkəti də burada çox geniş fəaliyyət göstərir. Bununla yanaşı, cənab Prezidentin 2015-ci ilin oktyabrında verdiyi sərəncamla viza reimi sadələşdirildi. Bundan sonra axın çoxaldı. Amma diasporumuz yaxşı fəaliyyət göstərsəydi, bu rəqəm, ən azı 2-3 dəfə artıq olardı.

Xəbər lenti
0