Azərbaycanla Qətər arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

© Foto: mod.gov.azAzərbaycan ilə Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycan ilə Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

BAKI, 25 noy — Sputnik. Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir, ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib - Sputnik Azərbaycan
Azərbaycanla İtaliya arasında mülki-hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib. Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbər lenti
0