08:05 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında

Bir neçə dövlət qurumunun hüquqi statusu dəyişdirilib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
9201

Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin hüquqi statusu da dəyişdirilib.

BAKI, 24 noy — Sputnik. Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.

Sputnik-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxslər olub.

Həmçinin Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin hüquqi statusu da dəyişdirilib.

Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bakı Nəqliyyat Agentliyinin də hüquqi statusu dəyişdirilib.

Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bu gün Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də hüquqi statusu dəyişdirilib.

Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.

Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Əsas mövzular