10:44 23 Fevral 2018
Canlı yayım
Cities of the world. Astana

TürkPA-nın iclası gələn il Astanada keçiriləcək

© Sputnik / Mikhail Voskresenskiy
AZƏRBAYCAN
Qısa URL
3101

Milli Məclisdə TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyanın 2-ci iclası keçirilib.

BAKI, 24 noy-Sputnik. Noyabrın 24-də Milli Məclisdə TürkPA-nın Ətraf mühit və  təbii  ehtiyatlar   komissiyanın 2-ci  iclası  keçirilib.

Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, iclası komissiyanın sədri, Milli Məclisin  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov açaraq ətraf  mühit  və  təbii  ehtiyatlar komissiyasının TürkPA-nın ən  gənc  komissiyası olduğunu, buna  baxmayaraq  hər  zaman  qlobal mahiyyəti olan məsələlərin  müzakirəsini  önə çəkdiyini qeyd  edib.

Bildirilib ki,  cəmiyyəti  gələcək qlobal təhlükələrdən qorumaq, insanları bu yöndə  maarifləndirmək komissiyanın əsas  fəaliyyət istiqamətlərindəndir.  Bu  gün  dünyada   qlobal iqlim dəyişikliyi, atmosferin ozon qatının aşınması,  havanın, suyun, ətraf  mühitin çirklənməsi  böyük  təşviş  yaradır.  Bəzi Avropa  ölkələrində, Amerika qitəsində   yaşayan hər  bir  insan   il ərzində ətraf  mühitə 800 kiloqrama  yaxın  tuullantı  atırlar.  Orada  yaşayan əhalinin  sayını nəzərə alsaq  nə  qədər  böyük  təhlükə  qarşısında  olduğumuzu hiss  edərik.  

Qeyd edilib ki, bu  gün   dünyada  içməli  su ilə bağlı böyük   narahatlıq  hiss olunmaqdadır.  1,5  milyard  insan  çirklənmiş  sudan istifadə  edir,  3,5  milyard  insan  isə içməli sudan  hər hansı bir  şəkildə  qıtlıq  və əziyyət  çəkir.  Hər  il dünyada  7 milyon hektar  torpaq korroziyaya uğrayaraq  məhsuldarlığını  itirir.  Son yüz  ildə  mövcud 20 milyon hektar flora  və fauna örtüyünün 900 min hektarı  müxtəlif  səbəblərdən məhv olub.

Əhliman Əmiraslanov   rəhbərlik  etdiyi  komissiyanın  bu  məsələlərin  qarşısının  alınmasında,   maariflənmə prosesinin sürətləndirilməsində mühüm  işlər  gördüyünü diqqətə çatdırıb.

İclasda komissiyanın  sədr  müavini, Türkiyənin  TürkPA-dakı   nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık “Qlobal iqlim  dəyişikliyi: üzv ölkələr  üçün  səbəbləri  və  nəticələrinə  dair hesabat” məruzəsini  təqdim  edib. O,  mövcud  problemlə  əlaqədar  türkdilli  dövlətlər  arasında əməkdaşlığın  gücləndirilməsinin   önəmini  qeyd  edib. Ətraf  mühitin  qorunması  üçün təbii qaynaqların  mühfizəsinin vacibliyinə  diqqət  çəkib. 

İclasda  hesabat təsdiqlənib  və  səsvermə  yolu ilə Feyzullah Kıyıklık bu məsələ üzrə qurumun plenar  sessiyasında  məruzəçi təyin  edilib. 

Toplantıda iştirak  edən Ekologiya  və Təbii  sərvətlər  nazirinin birinci  müavini Firdövsi Əliyev ölkəmizdə  son illər   ekologiya  və ətraf  mühitin  qorunması  sahəsində  görülən işlərdən, həyata  keçirilən layihələrdən danışıb. Ölkə başçısının sərəncamı ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili”  elan olunmasını bu sahəyə ən böyük  diqqət  kimi  qiymətləndirib. Ekologiyanın və təbiətin mühafizəsinin  bütün bəşəriyyət  üçün  əsl töhfə olduğunu deyib.

Komissiyada Milli Məclisin deputatı Muxtar Babayev,  Qazaxıstan  parlamentinin nümayəndəsi Aliyə Saparova, Qırğızıstan  parlamentinin nümayəndəsi Müzeffer İsakov mövzu ilə əlaqədar fikirlərini  bildiriblər. Qeyd olunub ki, qloballaşan dünyada  türk  dövlətləri  arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsi   olduqca  vacib  və əhəmiyyətlidir.

Sonra Əhliman Əmiraslanov “Qlobal  iqlim  dəyişikliyi:  üzv ölkələr  üçün  səbəbləri  və  nəticələrinə  dair  tövsiyə  qərarı”nının  layihəsini  təqdim edib.  Sənəd  təsdiq  edilib. 

İclasın sonunda qurumun  prosedur qaydalarına uyğun olaraq “Türkdilli ölkələrdə səhralaşma  ilə mübarizə  üzrə  ekspert  toplantısının hesabat  layihəsi” qəbul edilib. Komissiyanın 3-cü iclasının yeri və vaxtı təyin olunub. Bildirilib ki, gələn ilin ikinci yarısında Qazaxıstan paytaxtı Astanada keçirilməsi planlaşdırılan toplantı “Alternativ  enerji mənbələrinin  inkişafı” mövzusuna həsr olunacaq. 

Əsas mövzular