Ölkəyə siqaret keçirmək istəyən şəxs yaxalandı

© zoneland.ruSiqaret kötüyü
Siqaret kötüyü - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşdan gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.

BAKI, 19 noy-Sputnik. Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0