15:35 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Милли Меджлис республики Азербайджан

Bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi müzakirə ediləcək

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
1901

Milli Məclisin deputatları Şəmkirdə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

BAKI, 14 noy-Sputnik. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri  Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev noyabrın 14-dən 16-dək Şəmkir rayonunda səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, deputatlar bu rayonda “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Parlamentarilər tədbirdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açacaq, vətəndaşların yerli özünüidarəetmə qurumlarına etimadının artırılması ilə bağlı tövsiyələrini verəcək, nümunəvi bələdiyyələrin fəaliyyətindən danışacaqlar. 

Əsas mövzular