17:05 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
58 0 0

Əli Həsənov: "İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq"

BAKI, 10 noy — Sputnik. "Amerika xalqı seçimini edib və Tramp prezident seçilib. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib".

Sputnik xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda keçirilən Respublika konfransında deyib. O, ölkələr arasındakı bundan sonra gözlənilən münasibətləri belə dəyərləndirib: "Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".

Həsənov qeyd edib ki, Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir: "Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir".

"Azərbaycan Prezidenti də təbrikində qeyd edib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq", — Prezidentin köməkçisi bildirib.

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əlaqədar

Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir
Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb
Səfir: Trampın komandasında Qafqaz barədə məlumatlı ekspertlər var
Donald Tramp ABŞ prezidenti seçildi
Donald Tramp ABŞ-da prezident seçkilərində irəlidədir
Klinton Trampı sorğuda qabaqlayır
Donald Tramp seçkidən kənarlaşdırılır?
Teqlər:
Donald Tramp, Əli Həsənov, Amerika, İlham Əliyev, Azərbaycan, ABŞ

Əsas mövzular