16:40 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Milli Məclis

“Turizm haqqında” qanun layihəsi müzakirə edilib

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
3211

Turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar.

BAKI, 4 noy-Sputnik. Noyabrın 4-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.  

Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, iclası  açan komitə sədri Hadi Rəcəbli “Turizm  haqqında”  qanun  layihəsi  ilə bağlı ətraflı danışıb. 

O, qeyd edib ki,  sənəd Azərbaycanda  turizm  sahəsində  dövlət  tənzimlənməsi,  turizmin dövlət  idarəetməsi və nəzarəti,  bu  sahədə  təhlükəsizlik,  maliyyə mənbələrinin  təsnifatı,  turizm  fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma  məsələləri  üzrə münasibətləri  tənzimləmək məqsədi  ilə hazırlanıb. 

Bildirilib ki, əslində sənəd  ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər  öz əksini  tapıb. Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar. 

Qanun  layihəsinin  hazırlanmasında  iştirak  edən  Milli Məclis  Aparatının  Sosial  qanunvericilik şöbəsinin əməkdaşı  Adil Vəliyev  vurğuladı ki, sənəddə  direktiv  yüklənmələr  həddindən çoxdur.   Bu,  xüsusi  əsasnamələrlə  aradan  qaldırıla  bilər. Ona  görə də  qanun layihəsi “Normativ  hüquqi  aktlar  haqqında”  Konstitusiya  qanununun tələblərinə uyğun  şəkildə  yenidən  işlənməlidir. 

Sonda qanun layihəsi üzərində təkmilləşdirmə işlərinin tamamlanması  üçün sənəd işçi qrupuna  qaytarılıb.

Əsas mövzular