Bu telekanalın yayımı dayandı

© © İllüstrasiyaTRT1 telekanalının loqotipi
TRT1 telekanalının loqotipi - Sputnik Azərbaycan
Abunə olmaq
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib.

BAKI, 1 noy — Sputnik. Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin TRT-1 telekanalının yayımı dayanıb.

Türkiyənin TRT-1 telekanalı rəqəmli yayımda fəaliyyət göstərmir.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda TRT-1-in analoq yayımı dayandırılıb. M. Abbasov qeyd edib ki, TRT-1-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub: “TRT-1 kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra TRT-1-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”.

Xəbər lenti
0